top of page
Internet-enhance-your-business.png

IT SEKTORU

IT sektoruna, dövlət qurumlarına və təşkilatlara təhlil, planlaşdırma, optimallaşdırma, quraşdırma / inteqrasiya və ümumi avtomatlaşdırma xidmətləri təqdim edirik.

cropped-ehealth-01.png

SƏHİYYƏ SEKTORU

Səhiyyə sektoruna, tibb müəssisəsinin tam avtomatlaşdırılmasını - qeydiyyat, ambulator, stasionar, anbar, HR, laboratoriya, radiologiya, performans, daxili və rəsmi hesabatlar və s. təqdim edirik.

HAQQIMIZDA

MEDSYS komandası olaraq ölkəmizdə təşkilatı iş həlləri sahəsində bir çox layihələri həyata keçirməklə yanaşı, yeni məhsullar yaratmış və yeni fikirləri elektronlaşdırmaqla bir çox ilkə imza atmışıq. Həmçinin, mərkəz olaraq Türkiyədə fəaliyyət göstərən, İnformasiya Texnologiyaları sektorunda öncülərdən olan "Akgün Yazılım" şirkəti ilə sıx əlaqəli şəkildə çalışırıq. İşimiz – prosesləri avtomatlaşdırmaqla yanaşı, günümüzün innovasiyalarını tətbiq etməklə prosesləri tam avtomatlaşdırmaq, dəqiqləşdirmək və asanlaşdırmaqdır. İnformasiya texnologiyaları sahəsindəki təcrübə və bacarıqlarımızı fikir və görüşlərini yüksək tutduğumuz müştərilərimizin məmnuniyyəti yolunda səfərbər etməklə, ölkə miqyasında, beynəlxalq təcrübələrə əsaslanaraq ən yüksək keyfiyyətli həlləri tətbiq edirik. Fəaliyyət göstərdiyimiz sahədə hər daim birinci olmaq və məqsədlərimizə keyfiyyətli şəkildə çatmaq üçün öz sahəsində professional olan mütəxəssislərlə çalışırıq, beynəlxalq təcrübəni və standartları nəzərə almaqla yanaşı, tətbiq və adaptasiya edirik. Təklif etdiyimiz hər bir həllin layihəsində keyfiyyət, dəqiqlik, təhlükəsizlik, istifadə rahatlığı, innovativ yanaşma və müştəri resurslarına qənaəti nəzərə alaraq çalışırıq.

Biz MEDSYS komandası olaraq peşəkarlıq, keyfiyyət, innovativlik, etibarlılıq, səmərəlilik, və kreativlik dəyərlərini başlıca tutaraq yolumuza başladıq və davam edirik.

 

TƏCRÜBƏLİ VƏ EKSPERT HEYƏT

icon-hr-white.png

Ekspert heyətimizlə həm Azərbaycanda, həm də xaricdə əhəmiyyətli layihələr həyata keçiririk. İşlədiyimiz şirkətlərə beynəlxalq standartlara uyğun həllər təklif edirik.

PROFESSİONAL HƏLLƏR

business-icon-18-256.png

Biz fərqli sektorlarla və bazar şəraitləri ilə çalışırıq. Və buna uyğun olaraq fərqli ehtiyaclar üçün müxtəlif həllər təklif edirik.

ERP SİSTEMLƏR

online-chat-icon-png-11553724429hinzyclu

ERP sistemlərinin proqram təminatı, layihələrin idarə edilməsi, prosesin təkmilləşdirilməsi, sistemlərarası inteqrasiya, xəstəxana inteqrasiyaları, istehsal və anbar avtomatlaşdırılması sahəsində geniş təcrübəyə sahibik.

bottom of page