top of page
hastanebilgisistemleri-300x225.jpg

XƏSTƏXANA İNFORMASİYA SİSTEMİ (XİS)

Xəstəxana İnformasiya Sistemi, ambulator və stasionar tibb müəssisələrinin inzibati, maliyyə və tibbi məlumatlarının elektron mühitdə etibarlı, doğru şəkildə saxlanılmasını, məlumatların təhlükəsizliyinin və düzgünlüyünün təmin edilməsini, elektron mühitdə toplanmış məlumatların əlçatanlığını, daxili və digər qurum və təşkilatlarla inteqrasiyanı, müxtəlif səhiyyə avadanlıqlarının inteqrasiyasını və s. kimi proseslərin avtomatlaşdırılmasını təmin edən informasiya sistemidir.

 

Akgün Xəstəxana İnformasiya Sistemi (AkXİS), 1986-ci ildən etibarən müxtəlif ölkələrdə yüzlərlə tibb idarə və müəssisələrinin daxili proseslərinin avtomatlaşdırılması məqsədi ilə tətbiq olunmuş və uğurla tətbiq edilməkdədir.

Klinik Modullar:

  • Xəstə qəbulu modulu

  • Poliklinika modulu

  • Təcili yardım modulu

  • Servis modulu

  • Laboratoriya modulu

  • Radiologiya modulu

  • Doğum və əməliyyatxana modulu

  • Hemodiyaliz modulu

  • Ağız ve Diş Sağlığı modulu

  • Aptek Sağlık Kurulu

  • Qan Bankı modulu

  • Nüvə tibbi modulu

  • Arxiv modulu

  • Məsləhət modulu

  • Sterilizasiya modulu

İdarəetmə Modulları:

  • Mühasibatlıq modulu

  • Hesablama modulu

  • Cihaz izləmə modulu

  • Statistika modulu

  • Personal modulu

  • Rəhbər modulu

  • Əmək haqqı modulu

  • Anbar izləmə və İnventar modulu

  • Alış modulu

  • Sənəd modulu

  • Xidmət izləmə modulu

  • Tədris modulu

  • Köməkçi modulu

  • Kompüter idarəetmə modulu

  • Hesablama və dəstək modulu

AkXİS çevik modul quruluşu ilə bütöv bir sistemdir. AkXİS məlumatların yığcam, ehtiyaca uyğun şəkildə əldə edilməsini və izlənməsini təmin edir. AkXİS tibb idarə və müəssisələrindəki bütün cihazlarla inteqrasiyanı təmin edərək məlumatın çox sürətli və doğru əldə edilməsini, tibbi xidmət alacaq fərdlərin müraciət, gözləmə, nəticə əldəetmə zamanlarını minimuma endirməklə müştəri məmnuniyyətini artıraraq, prosesləri sürətləndirən və səmərəliləşdirən sistemlərdir.

AkXİS asan idarə olunan parametrik quruluşu ilə işçilərin istədikləri iş nizamının, qanunvericiliyə uyğun olaraq çevik olmasını təmin edər.

AkXİS Anbar izləmə əməliyyatları sayəsində xəstəxanaya aid qaynaqların (Daşınmayan, Daşınan, İstehlak vəsaitləri) aktual olaraq izlənməsini, idarə olunmasını, səmərəli istifadəsini təmin edir. Məhsuldar istifadə müəssisənin büdcəsinə və ölkə büdcəsinə böyük qatqı təmin edir. Əczaxana əməliyyatları sayəsində xəstəyə çıxılan dərman və materialların idarə olunmasını təmin edir.

AkXİS sığorta təşkilatları ilə inteqrasiya sayəsində sığortalı xəstələrin xidmət ala bilmə haqqını yalnız şəxsiyyət vəsiqəsi ilə asanlıqla və sürətli şəkildə müəyyən edir. Pasiyent xidmətlərinin sığorta təşkilatını tələbinə uyğun və sürətli şəkildə yazılması təmin edilir və beləcə fakturalandırma əməliyyatlarının avtomatik olaraq hazırlanması və xidmətlərin ödənişlərinin sürətli aparılması təmin edilir. Sığorta təşkilatının qaydalarına uyğun olaraq hazırlanan fakturalar səhvsiz şəkildə həmin sığorta təşkilatına ötürülməsi təmin edilir.

AkXİS pasiyentin xəstəxanaya müraciəti ilə başlayan, yatış, müalicə, əməliyyat, xəstəxanadan köçürülmə kimi zəncir əməliyyatlar müddətində, xəstənin zərər çəkməsinin qarşısını alaraq, doğru xəstəyə doğru əməliyyat edilməsinə yardım edir və avtomatlaşmış əməliyyatların fasiləsizliyini təmin edir. Bu əməliyyatlar aparılması zamanı xidmət verən xəstəxana personalı üçün pasiyentə göstərilən xidmətləri, müşahidələri, tibbi tələblərinin avtomatik ötürməsini təmin edən “istifadəçi-dostu” (user-friendly) interfeys ekranları mğvcuddur.

Pasiyentin qanunvericiliyə uyğun olaraq fiziki şəkildə saxlanan tibbi məlumatlarına (faylına) asan girişi təmin edə bilən, güclü, aktiv, idarə arxiv modulu ilə klinik və inzibati müddətlərdə işçilərin fayl istəkləri və ya arxivə fayl göndərmələrinin elektron mühitdə izlənməsi təmin edilir. Arxiv işçisi tərəfindən əskik təslim edilən sənəd yoxlanması elektron mühitdə edilərək, klinik işçisi tərəfindən faylın tamamlanmasının izlənməsi də həmçinin təmin edilir.

AkXİS xüsusi yoxlamalarla istifadəçilərin texniki səhvlərinin qarşısını alır. Avadanlıqların mümkün inteqrasiyaları sayəsində əl ilə daxil etmələr azaldılır.

AkXİS daxili və rəsmi hesabatların standartlara uyğun ələdə olunmasını, ötürülməsini və monitorinqi üçün şərait yaradır.

AkXİS müəssisə daxilində istifadə edilən cihazların qeydlərinin tutulması təmin edərək, cihaz baxım, kalibrləmə əməliyyatlarının elektron mühitdə izlənməsini təmin edir.

AkXİS səlahiyyət sistemi ilə məlumatları əldə etməni etibarlı şəkildə təmin edir. Hər bir istifadəçi üçün vahid və avtomatik girişi təmin edən “istifadəçi kodu” ilə istifadəçinin səlahiyyəti daxilindəki modullara və modulun ekranlarına keçid təmin edir. Həmçinin, istifadəçilərin bütün hərəkətləri qeydə alınır və bu hərəkətlərin rəhbər tərəfindən asanlıqla izlənməsini təmin edilir. İnzibatçıların gündəlik, aylıq müxtəlif sorğulamalar etməsinə imkan verilir.

AkXİS modulları:

bottom of page