top of page
hastanebilgisistemleri-300x225.jpg

Xəstəxana İnformasiya Sistemi, ambulator və stasionar tibb müəssisələrinin inzibati, maliyyə və tibbi məlumatlarının elektron mühitdə etibarlı, doğru şəkildə saxlanılmasını, məlumatların təhlükəsizliyinin və düzgünlüyünün təmin edilməsini, elektron mühitdə toplanmış məlumatların əlçatanlığını, daxili və digər qurum və təşkilatlarla inteqrasiyanı, müxtəlif səhiyyə avadanlıqlarının inteqrasiyasını və s. kimi proseslərin avtomatlaşdırılmasını təmin edən informasiya sistemidir.

GoruntuArsivleme-200x150.jpg

Görüntülərin Arxivlənməsi Və Ötürülməsi Sistemi (PACS) tibbi görüntülərin elektron mühitdə saxlanması, oxunması, paylanması və təqdimatı üçün istifadə edilən proqram təminatlarının ortaq adı olaraq son illərdə  mərkəzləşdirilmiş iş, məhsuldarlıq, işlərdə sürət qazandırmaq adına  tibb sektorunun birincisi olmuşdur.

PACS: tibbi cihazlar, PACS server və iş stansiyalı kompüterlər, şəbəkə protokolları, CD-DVD Yazma modulları, DİCOM Printer və s. bir çox tərkibdən ibarətdir.

merkezilaboratuvar-300x225.jpg

Laboratoriyalar web-based Laboratoriya İdarəetmə Sistemi sayəsində analiz istəklərini internet üzərindən edib barkod-la kodlamaq mümkündür. İstəklərin hansı mərhələdə olduğunu izləmək, çıxan nəticələri sistem üzərindən əldə etmək imkanları vardır.

Şəxsi FİN-lə (Şəxsiyyəti təsdiq edən sənədin Fərdi İndentifikasiya Nömrəsi) sorğulamaqla istifadəçi dostu interface sayəsində qeyd əməliyyatları və analiz əməliyyatları çox qısa müddətdə tamamlana bilir.

online-laboratuvar-300x225.jpg

Xidmət verməkdə olduğunuz xəstələrinizin və ya müştərilərin həyatlarını asanlaşdırmaq üçün OLİS bir fürsətdir;
AKGÜN Online Laboratoriya İnformasiya Sistemi, AKGÜN YAZILIM bünyəsində işləyən xəstəxanalarda və ya xüsusi/ictimai təşkilatların nəzdində xəstələrə/digər əlaqədar məhsul və əməliyyatlara aid istənilən bütün Laboratoriya təhlillərinin/testlərinin laboratoriya mütəxəssisi tərəfindən təsdiqlənmiş nəticələrinin web üzərindən xəstələrə/test nəticələrini gözləyən əlaqədar adam və ya təşkilatlara çatdırmağı təmin edir.

bottom of page