
GÖRÜNTÜLƏRİN ARXİVLƏNMƏSİ VƏ ÖTÜRÜLMƏSİ SİSTEMİ (PACS)
Görüntülərin Arxivlənməsi Və Ötürülməsi Sistemi (PACS) tibbi görüntülərin elektron mühitdə saxlanması, oxunması, paylanması və təqdimatı üçün istifadə edilən proqram təminatlarının ortaq adı olaraq son illərdə mərkəzləşdirilmiş iş, məhsuldarlıq, işlərdə sürət qazandırmaq adına tibb sektorunun birincisi olmuşdur.
PACS: tibbi cihazlar, PACS server və iş stansiyalı kompüterlər, şəbəkə protokolları, CD-DVD Yazma modulları, DİCOM Printer və s. bir çox tərkibdən ibarətdir.
AkPACS-ın tibbi görüntülərin arxivlənməsini və ötürülməsini istifadə edən həlləri beynəlxalq standartlara uyğun olaraq hazırlanmış və səhiyyə müəssisələrində istifadə edilir.
AkPACS Server
AkPACS Server DICOM 3.0 formatında hər cür rəqəmsal tibbi cihazlardan gələn görüntüləri PACS serverində arxivləşdirir. Arxivlənən görüntülər AkPACS İş stansiyalarına (client) DICOM Query / Retrieve xüsusiyyəti ilə göndərilir. PACS serverdə saxlanan görüntülərə AkPACS Wado (Viewer) vasitəsilə intranet və internet üzərindən əldə edilir. Digər istehsalçıların İş stansiyaları ilə AkPACS Server problemsiz işləyir.
İtkisiz sıxışdırma xüsusiyyəti sayəsində görüntülər sıxışdırılaraq server üzərində fiziki tutumunun ortalama 3 qatı nisbətində arxivləşdirilir. PACS serverə gələn görüntülər təyin edilən qayda çərçivəsində avtomatik olaraq fərqli İş stansiyalarına və PACS serverlərinə avtomatik olaraq göndərilir.
PACS sisteminə gələn RIS (Radiology Information System) ilə uyğun gəlməyən xəstə məlumatları uyğunlaşdırılaraq RIS üzərindən görüntüləri əldə etmək olar.
AkPACS fərqli firmaların PACS məhsulları ilə DICOM 3.0 və HL7 standartında inteqrasiya olunması mümkündür.
AkPACS Wado
Radyologiya mütəxəssislərinin, təşkilat xaricindən hesabat əməliyyatları edə bilmələri üçün hazırlanmış AKGÜN Wado, istifadəçi dostu, erqonomik interfeysi sayəsində asan və sürətli bir şəkildə radioloqların hesabat etməsini təmin edir.
Əməliyyat Sistemi və Browser Müstəqilliyi
Web-based çalışdığı üçün kompüterə əlavə bir proqram qurmadan əməliyyat sistemləri tətbiqlərində (Windows, Linux) və bir çox məşhur brauzerdə (Internet Explorer, Google Chrome, Mozilla Firefox, Safari) problemsiz çalışa bilir.
Rahat İnterfeysi ve Görüntü Qenerasiya Xüsusiyyətləri
Bütün DİCOM xüsusiyyəti olan tibbi cihazlardan gələn görüntülər üzərində görüntü qatını (layout) dəyişdirmə, uzunluq və bucaq ölçümü, sıxlıq, çevirmə, aynalama, neqativ alma, lupa, böyütmə və referans line kimi bir çox xüsusiyyəti istifadə edə bilər, daha əvvəl yazılmış olan hesabat və görüntüləri eyni ekran üzərindən asanlıqla əldə edə bilərsiniz.
AkPACS İş Stansiyası
Ümumi Xüsusiyyətləri:
MR, CT, PET, CR, NM, DR, Ultrasəs, Anjio, Endoskopiya və s. hər cür rəqəmsal tibbi cihazlar ilə çəkilişi edilib, DICOM 3.0 formatından PACS serverinə göndərilən görüntülər AKGÜN Workstation ilə yüklənərək sürətli şəkildə hesabat əməliyyatı aparılır. AkPACS İş Stansiyası sürətli oxuma, iş axışı dəstəkləyəcək, tətbiq xüsusiyyətləri ilə geniş vasitə variantları təqdim edərək görüntü oxuma ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuşdur.
AkPACS İş Stansiyası parametrləri və performansı sayəsində böyük görüntüləri sürətli yükləyir. Bu görüntüləri yükləmək üçün xərclənən zamanı qısaldaraq radiologiya mütəxəssislərinin qısa müddətdə görüntüləri qiymətləndirməsinə köməkçi olur. AkPACS İş Stansiyası erqonomik, rahat və özəlləşdirilə bilən interfeysi sayəsində hesabat əməliyyatlarını sürətləndirir.
AkPACS İş Stansiyasında layout dəyişdirmə, uzunluq, bucaq, sıxlıq, COBB bucağı kimi ölçmələr edilə bilir: çevirmə, aynalama, negativ alma, lupa və referans line kimi bir çox xüsusiyyəti istifadə edə bilir, daha əvvəl yazılmış olan hesabat və görüntüləri eyni ekran üzərindən asanlıqla əldə edə bilərsiniz.
AkPACS İş Stansiyasında hesabatlar DICOM Structured Report standartına görə hazırlandığı üçün yazılan hesabatlar, bu standartı dəstəkləyən bütün sistemlər tərəfindən açılıb görülüb, araşdırılır. Araşdırılan və üzərində dəyişiklik edilən görüntülər qeyd edilib, PACS serverinə Presentation State olaraq göndərə bilərsiniz.
DICOM formatındakı görüntüləri çölə JPEG, PNG, AVI kimi bir çox formatda köçürərək təqdimat və bənzəri işlərdə istifadə edə bilərsiniz.
AkPACS Dicom Print
AkPACS İş Stansiyasında Dicom Print və Windows printerlərindən çap edə bilərsiniz. Çap əməliyyatı etmədən əvvəl layoutları təşkil edə bilər, çapını istəmədiyiniz görüntüləri seçərək silmək kimi bir çox xüsusiyyəti ilə istifadəçi dostu bir interfeysə malikdir.
AkPACS CD
İstənilən tədqiqlər CD və DVD-yə köçürülərək xəstəyə verilə bilir. Bundan əlavə bazarda ən çox istifadə edilən Primera, Rimaje CD-Robot sistemləri ilə də CD yazım əməliyyatı edilə bilir.
CD-Robot ilə yazım edilməsi vəziyyətində tədqiq məlumatları CD üzərinə yazıla bilir.

