top of page

          MEDSYS komandası olaraq ölkəmizdə təşkilatı iş həlləri sahəsində bir çox layihələri həyata keçirməklə yanaşı, yeni məhsullar yaratmış və yeni fikirləri elektronlaşdırmaqla bir çox ilkə imza atmışıq. Həmçinin, mərkəz olaraq Türkiyədə fəaliyyət göstərən, İnformasiya Texnologiyaları sektorunda öncülərdən olan "Akgün Yazılım" şirkəti ilə sıx əlaqəli şəkildə çalışırıq. İşimiz – prosesləri avtomatlaşdırmaqla yanaşı, günümüzün innovasiyalarını tətbiq etməklə prosesləri tam avtomatlaşdırmaq, dəqiqləşdirmək və asanlaşdırmaqdır. İnformasiya texnologiyaları sahəsindəki təcrübə və bacarıqlarımızı fikir və görüşlərini yüksək tutduğumuz müştərilərimizin məmnuniyyəti yolunda səfərbər etməklə, ölkə miqyasında, beynəlxalq təcrübələrə əsaslanaraq ən yüksək keyfiyyətli həlləri tətbiq edirik. Fəaliyyət göstərdiyimiz sahədə hər daim birinci olmaq və məqsədlərimizə keyfiyyətli şəkildə çatmaq üçün öz sahəsində professional olan mütəxəssislərlə çalışırıq, beynəlxalq təcrübəni və standartları nəzərə almaqla yanaşı, tətbiq və adaptasiya edirik. Təklif etdiyimiz hər bir həllin layihəsində keyfiyyət, dəqiqlik, təhlükəsizlik, istifadə rahatlığı, innovativ yanaşma və müştəri resurslarına qənaəti nəzərə alaraq çalışırıq.

       Biz MEDSYS komandası olaraq peşəkarlıq, keyfiyyət, innovativlik, etibarlılıq, səmərəlilik, və kreativlik dəyərlərini başlıca tutaraq yolumuza başladıq və davam edirik.

 
info.jpg
bottom of page